Lənkəranda dörd maşın toqquşub: Xəsarət alanlar var
18-05-2023, 16:56
6 013

Lənkəranda dörd maşın toqquşub: Xəsarət alanlar var

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
90-OV-097 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili, 44-BG-327 dövlət qeydiyyat nömrə nişanlı VAZ-2106 markalı minik avtomobili, 90-TP-707 dövlət qeydiyyat nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobili və 99-XD-943 dövlət qeydiyyat nömrə nişanlı “Ford Transit” markalı yük avtomobili toqquşub. Sürücülərdən biri - Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Mircavad oğlu Kazımov və piyada Gülnaz Fərman qızı Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər