Göyçayda kişi müəmmalı şəkildə öldü
19-05-2023, 15:38
699

Göyçayda kişi müəmmalı şəkildə öldü

Göyçayda xəstəxanaya gətirilən kişi ölüb.
Lent.az-ın məlumatına görə, rayonun Bığır kənd sakini 39 yaşlı R. Şirinov hələlik məlum olmayan diaqnozla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
R. Şirinovun narkotik maddələrdən istifadə etdiyi bildirilir. İlkin ehtimala görə, onun ölümünə yüksək dozalı narkotik qəbul etməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbləri araşdırma zamanı məlum olacaq.

Oxşar xəbərlər