İsmayıllıda avtomobil piyadanı vurdu
19-05-2023, 17:46
6 526

İsmayıllıda avtomobil piyadanı vurdu

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə bu gün saat 16:30 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Rayon sakini Vüqar Nəbiyev idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Laçın rayon sakini sakini, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oglunu vurub. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyəti ağırdı.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər