Lənkəranda qəza - Ölən var
20-05-2023, 10:27
1 023

Lənkəranda qəza - Ölən var

Lənkəranda iki avtomobil toqquşub.
Ötən gün saat 20 radələrində 2001-ci il təvəllüdlü Rufullazadə Əli Rasim oğlu idarə etdiyi “Hyundai sonata” markalı avtomobillə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində hərəkətdə olarkən 1986-cı il təvəllüdlü Turabov Nahid Asif oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.
 Nəticədə “VAZ-2106” markalı avtomobildə sərnişin qismində olan 1984-cü il təvəllüdlü Hüseynova Ülviyyə Natif qızı burun nahiyəsindən xəsarətlər alıb, sürücü Nahid Turabov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxşar xəbərlər