Bakıda quldurluq edən şəxs saxlanıldı
20-05-2023, 12:09
4 363

Bakıda quldurluq edən şəxs saxlanıldı

Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.
Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib: "Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər".


Oxşar xəbərlər