Bakıda maşından bahalı saat oğurlandı
22-05-2023, 13:31
1 184

Bakıda maşından bahalı saat oğurlandı

Nəsimi rayonunda “Renault” markalı avtomobildən 100 manat pul, 3000 manat dəyərində qol saatı və bank kartı oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polisin keçirdiyi əməliyyat tədbiri ilə oğurluqda şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş F.Abbaslı və V.Cəfərov saxlanılıblar. 

Oxşar xəbərlər