Bakıda qadın dəyənəklə polisə hücum etdi
23-05-2023, 10:30
517

Bakıda qadın dəyənəklə polisə hücum etdi

Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.
Baku.ws xəbər verir ki, hadisə Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən "Sevinc" restoranının qarşısında baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.


Oxşar xəbərlər