Bakıda 65 yaşlı oğru qadın tutuldu
24-05-2023, 13:06
1 005

Bakıda 65 yaşlı oğru qadın tutuldu

Bakıda qadının pulqabısı oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər