Bakıda yük maşını velosipedçini vurub öldürdü
25-05-2023, 10:16
599

Bakıda yük maşını velosipedçini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Pirallahı-Qala yolunda baş verib. 1965-ci il təvəllüdlü İsmayılov Azər İslam oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-VY-003 dövlət qeydiyyat nişanlı avtomobil ilə Pirallahı-Qala yolu, Qala qəsəbəsi ərizisində hərəkətdə olarkən yolu keçən velosipedçi, 1979-cu il təvəllüdlü Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.
Faktla bağlı Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

Oxşar xəbərlər