Azərbaycanda it dişləyən uşaq öldü
25-05-2023, 15:58
7 050

Azərbaycanda it dişləyən uşaq öldü

Cəlilabadda itin dişlədiyi azyaşlı dünyasını dəyişib.
APA xəbər verir ki, hadisə rayonun Röyal Nəsirov küçəsində baş verib.
11 yaşlı Zülfiyyə Rzayeva dükandan evə qayıdarkən sahibsiz itin bacısına hücum etdiyini görərək onu itin caynağından xilas etməyə çalışıb. Çoxsaylı xəsarətlər alan uşaq təcili xəsətəxanya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq, yaraları tikilib. Ancaq Zülfiyyə Rzayeva bir neçə gün müalicə aldıqdan sonra xəstəxanda qəfildən dünyasını dəyişib. Hadisənin baş verdiyi küçənin sakinləri azyaşlının ölümünə səbəb olan quduzluq xəstəliyinin daşıyıcı olduğu ehtimal edilən sahibsiz itin digər şəxslərə hücum çəkə biləcəyindən narahatdırlar.
Məsələ ilə bağlı Heyvan sağlamlıq və baytarlıq idərəsinin Cəlilabad rayon şöbəsindən bildirilib ki, onlar yalnız sahibləri bəlli olan itlərin vaksinasiyasını apara bilirlər:
Bundan başqa qurum lokalizasiyası məlum olan yerlərdə sahibsiz itlərin yalnız yem halında vaksinasiyasın apara bilir. Mövcud vəziyyətdən çıxış yolu isə bu heyvanlar üçün sığnacaqların hazırlanmasıdır ki, yaxın günlərdə bölgələrdə bu tip mərkəzlərin tikilməsi dövlət proqramına salınıb.

Oxşar xəbərlər