Qəbələdəki ağır qəzada yaralıların sayı artdı - YENİLƏNİB
26-05-2023, 16:23
6 948

Qəbələdəki ağır qəzada yaralıların sayı artdı - YENİLƏNİB

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin Reanimasiya Şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili Tibbi Yardım Şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.
Avtobus Şəkidən Bakı istiqamətində sərnişindaşıma ilə məşğul olub.
14:19
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb ediliblər.
Bununla bağlı TƏBİB məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
Əlavə məlumat veriləcək.
14:07
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların vəziyyəti məlum olub
Qəza zamanı 10 nəfər xəsarət alıb. Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan ikisinin durumu ağır olduğundan onlar Reanimasiya şöbəsində müalicə alırlar.
13:32
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Qəza nəticəsində “Sprinter” və “Mitsubishi” markalı avtomobillər bir-birinə çırpılıb. 
Hadisə zamanı yaralanan şəxslərin olduğu və onların Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilib. 
Qəzanın görüntülərini təqdim edirik:


Oxşar xəbərlər