Bakıda iki bacı qəzada xəsarət alıb
28-05-2023, 13:14
9 320

Bakıda iki bacı qəzada xəsarət alıb

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Abbasova Aytəkin Elçin qızı və bacısı, 1995-ci il təvəllüdlü Abbasova Elnarə Elçin qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.

Oxşar xəbərlər