Tərtərdə maşın ağaca çırpıldı - Ölənlər var
31-05-2023, 09:33
548

Tərtərdə maşın ağaca çırpıldı - Ölənlər var

Tərtərdə avtomobil ağaca çırpılıb.
Hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.
1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili ağaca çırpıb.
Nəticədə sürücü xəsarət alıb, sərnişinlər 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər