Bakıda qadının telefonunu, bank kartlarını oğurlayanlar saxlanıldı
31-05-2023, 11:55
1 083

Bakıda qadının telefonunu, bank kartlarını oğurlayanlar saxlanıldı

Bakıda soyğunçuluq hadisəsi baş verib. 
Hadisə şəhərin Binəqədi rayonu ərazisində baş verib. Belə ki, bir qadının içərisində bank, gediş kartları və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Ramazanov saxlanılıb, daha 2 nəfəri isə müəyyən olunub.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır.

Oxşar xəbərlər