Ələtdə evdən 5500 manatlıq qızıl oğurlandı
1-06-2023, 10:51
589

Ələtdə evdən 5500 manatlıq qızıl oğurlandı

Ələt qəsəbəsindəki evlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar. 
Araşdırma aparılır.

Oxşar xəbərlər