Hadisə
6-06-2023, 13:37
1 795
İsmayıllıda 72 yaşlı qadın özünü asdı
İsmayıllı rayon sakini intihar edib.
Hadisə bu gün saat 13:00 radələrində rayonun Bizlan kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Hümbətova Ərkinaz İsmayıl qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.