Hadisə
7-06-2023, 11:40
764
Bakı sakininin kartından pul oğurlandı
Bakıda bank kartından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.