Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edildi
8-06-2023, 16:19
6 485

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edildi

Cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir. 
Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

Oxşar xəbərlər