Bakıda gənc qızı avtomobil vurdu
9-06-2023, 10:17
677

Bakıda gənc qızı avtomobil vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, qəza 8 Noyabr prospektində baş verib.
Belə ki, 1996-ci il təvəllüdlü Seyidova Gülənbər Əbülfət qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər