Sükan arxasında infrakt keçirən sürücü qəza törətdi
9-06-2023, 11:00
702

Sükan arxasında infrakt keçirən sürücü qəza törətdi

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
Hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər