İmişlidə təkər partladı: ustanın qolu qopdu
13-06-2023, 11:10
728

İmişlidə təkər partladı: ustanın qolu qopdu

İmişlidə nəqliyyat vasitəsinin təmiri zamanı təkər partlayıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, hadisə iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında baş verib. Təmirçi işləyən 33 yaşlı İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.
Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər