Hadisə
13-06-2023, 11:43
1 051
Bakıda evdən pul və qızıllar oğurlandı
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 5-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Araşdırma aparılır.