Şəkidə evdə baş verən partlayışda xəsarət alan azyaşlılar ÖLÜB
18-06-2023, 14:04
9 389

Şəkidə evdə baş verən partlayışda xəsarət alan azyaşlılar ÖLÜB

Şəkidə qaz sızması səbəbindən evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib. 
Ötən gün rayonun Aşağı Göynük kəndində partlayış zamanı ağır xəsarət alan azyaşlılar, 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər