Xaçmazda qadın meyiti tapıldı
19-06-2023, 11:50
853

Xaçmazda qadın meyiti tapıldı

Xaçmaz şəhərinin N.Nərimanov prospekti 68 ünvanında qadın meyiti tapılıb.
Təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər