Bakıda sexdə yanğın - 3 nəfər xəsarət aldı
20-06-2023, 09:31
633

Bakıda sexdə yanğın - 3 nəfər xəsarət aldı

Bakıda təmir sexində yanğın baş verib.
Sabunçu rayon ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus "Mercedes" markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.
Nəticədə Kamal Vəliyev, onun övladı 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər