Xaçmaz sakinini qarət edib kartı ilə alış-veriş etdi
26-06-2023, 15:23
6 838

Xaçmaz sakinini qarət edib kartı ilə alış-veriş etdi

Bakıda rayon sakini qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 20-də Nəsimi rayonu ərazisində Xaçmaz rayon sakini olan bir nəfərin mobil telefonunun, sənəd və bank kartının oğurlanması və həmin kartdakı hesabından 117 manat məbləğində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər