Göygöldə süni göldə batan şəxsin meyiti tapıldı
26-06-2023, 16:14
6 675

Göygöldə süni göldə batan şəxsin meyiti tapıldı

İyunun 22-də Göygöldə süni göldə batan şəxsin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, rayonun Topalhəsənli kəndi yaxınlığında süni göldə batan 1 nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər