
Hadisə
27-06-2023, 09:55
560
Bərdədə yaşayış evində uçqun olub, iki nəfər xilas edilib
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, birmərtəbəli dördotaqlı fərdi yaşayış evinin bir otağının tavanının uçması nəticəsində 1929-cu il təvəllüdlü İbrahim İsmayıl oğlu Mirzəyev və 1940-cı il təvəllüdlü Arəstə Cəlal qızı Mirzəyeva uçqun altında qalıblar.
FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar İ.Mirzəyev və A.Mirzəyeva xilas ediliblər.