Hadisə
27-06-2023, 15:30
6 711
Bir günə şadlıq evi, kafe və marketdən oğurluq etdi - BAKIDA
Bakıda silsilə oğurluqlar olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 24-də Xətai rayonu G.Şıxlınski küçəsindəki şadlıq evlərinin birində bir nəfərin 400 manat dəyərində mobil telefonu oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə onun həmin gün G.Şıxlınski küçəsindəki kafelərin birində bir qadının 800 manat dəyərində mobil telefonunu, N.Tusi küçəsindəki marketlərin birində isə digər qadının çantasından 1000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.