Hadisə
27-06-2023, 18:22
15 775
Bakıda gözəllik salonunda qadın qarət olundu
Bakıda gözəllik salonunda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birində bir qadının içərisində pul, sənəd və mobil telefon olan çantası oğurlanıb.
Baş Mühafizə və Nəqliyyatda Baş Polis İdarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.
Davam etdirilən tədbirlərlə onun müxtəlif vaxtlarda daha iki qadının içərisində pul, bank kartları və sənədlər olan cüzdanlarını, digər qadının isə 2400 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.