Ər arvadını bıçaqladı
29-06-2023, 10:29
615

Ər arvadını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Hüseynova Tünzalə Müsafəddin qızı yaşadığı mənzildə əri ilə mübahisə edib. Mübahisə zamanı əri ona bıçaqla zərbə vurub. Qadın döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər