Göyçayda maşın aşdı - Yaralılar var
29-06-2023, 17:56
7 850

Göyçayda maşın aşdı - Yaralılar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə bu gün saat 16:00 radələrində Göyçayın Çərəkə kəndində qeydə alınıb. "VAZ 21011" markalı minik avtomibilinin yoldan çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Oxşar xəbərlər