Hadisə
30-06-2023, 15:12
8 046
Bakı çimərliyində gətirdiyi hər şeyini oğurladılar
Bakıda çimərlikdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyindən lent.az-a verilən xəbərə görə, iyunun 28-də Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin çantasından içərisində pulu, bank kartları, sənədi olan cüzdanı və mobil telefonu oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Məmmədli və N.Abdullayev müəyyən olunaraq saxlanılıblar.