Bakıda kişi keçmiş arvadını bıçaqladı
1-07-2023, 11:26
17 808

Bakıda kişi keçmiş arvadını bıçaqladı

Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Hümbətova Tünzalə Müsafəddin qızı keçmiş əri 1983-cü il təvəllüdlü Hüseynov Alqayıt Məhərrəm oğlu tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.
Hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər