Sumqayıtda evdə abort edən qadın öldü - YENİLƏNİB
4-07-2023, 15:27
6 977

Sumqayıtda evdə abort edən qadın öldü - YENİLƏNİB

Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"İyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.
***14:10
Sumqayıtda uşağını abort edən ana ölüb.
lent.az xəbər verir ki, 37 yaşlı G.Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb. .
Onun övladını tələf etmək istəyi qanaxmaya səbəb olub.
Nəticədə o, ağır vəziyyətdə şəhərt Perinatal Mərkəzinə daxil olub. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər