Pul üstündə kirayəçini güllələdi
6-07-2023, 19:52
8 123

Pul üstündə kirayəçini güllələdi

Türkiyədə ev sahibinin oğlu kirayəçini güllələyib.
Yerli mediya məlumat verir ki, hadisə İstanbulun Küçükçəkməcə məhəlləsində baş verib. Ödənişin qaldırılması səbəbindən yaranan mübahisədə ev sahibinin oğlu kirayəçini güllələyərək yaralayıb.
Təcili tibbi briqada həkimləri ilkin yardım göstərdikdən sonra yaralı İbrahim Özkanı xəstəxanaya aparıb. Polis hadisədən yayınan şübhəlinin axtarışları üçün araşdırmalara başlayıb.

Oxşar xəbərlər