Bakıda içərisində külli miqdarda pul olan cüzdan oğurlandı
6-07-2023, 21:03
8 107

Bakıda içərisində külli miqdarda pul olan cüzdan oğurlandı

Bakı sakini mağazada qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyulun 3-də Nəsimi rayonu A.Mustafayev küçəsindəki mağazaların birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2000 manat, bank kartları və 2 ədəd mobil telefon olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Abbasov müəyyən edilərək saxlanılıb.

Oxşar xəbərlər