Nyu-Yorkda iki avtobus toqquşdu: Onlarla yaralı var - VİDEO
7-07-2023, 18:55
8 898

Nyu-Yorkda iki avtobus toqquşdu: Onlarla yaralı var - VİDEO

ABŞ-nin Nyu-York şəhərində iki avtobus toqquşub, çox sayda yaralı var.
Bu barədə ABC telekanalı məlumat yayıb.
Qəza nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib.
Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb.
Zərərçəkənlərin aldığı xəsarətlər onların həyatı üçün təhlükə yaratmır.

Oxşar xəbərlər