Neft platformasında yanğın: Ölənlər var-VİDEO-YENİLƏNİB
8-07-2023, 17:52
17 532

Neft platformasında yanğın: Ölənlər var-VİDEO-YENİLƏNİB

Meksikanın Pemex neft-qaz korporasiyasının Meksika körfəzindəki platformasında baş verən yanğın nəticəsində iki nəfər ölüb.
Bu barədə yerli KİV məlumat yayıb.
 05.32
Meksika körfəzindəki neft platformasında baş verən yanğın nəticəsində azı 6 nəfər xəsarət alıb.
Bu barədə “Petróleos Mexicanos” (Pemex) dövlət şirkətinin məlumatında deyilir.
“Pemex”in məlumatına görə, yanğın başlayan zaman strukturda işləyən 328 işçidən 321-i artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.Mətbuat konfransı zamanı Meksika prezidenti Andres Manuel Lopez Obrador, Pemex yanğınsöndürənlərinin yanğınla mübarizə apardığını və Meksika donanmasının da alovla mübarizədə iştirak etdiyini bildirib.

 

Oxşar xəbərlər