Hadisə
8-07-2023, 14:53
16 071
Bakıda çürümüş meyiti tapılan gənclə bağlı - Yeni xəbər
Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Baş Prokurorluğun Mətbuat xidməti xəbər verir ki, iyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.