Ucarda nəzarətsiz qalan iki yaşlı qız sirkə turşusundan vəfat edib
11-07-2023, 09:37
428

Ucarda nəzarətsiz qalan iki yaşlı qız sirkə turşusundan vəfat edib

Ucarın Bərgüşad kəndində iki yaşlı qız sirkə turşusu içərək vəfat edib.
Belə ki, nəzarətsiz qalan iki yaşlı Zəhra İbrahimli soyuducudan sirkə turşusu götürərək içib.
“Uşağın cənazəsi gələndən sonra anasının ürəyi getdi. Dəfələrlə təcili tibbi yardıma zəng vurduqdan sonra gəlib çıxdılar”, - deyə vəfat edən qızcığazın qohumu Pünhan Abdurrəhmanov qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər