Hadisə
11-07-2023, 17:07
6 280
Araz çayında batanlardan birinin meyiti çıxarıldı - YENİLƏNİB
İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***16:15
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.