Yaşayış binasında yanğın, 9 nəfər təxliyə edildi
13-07-2023, 16:52
6 428

Yaşayış binasında yanğın, 9 nəfər təxliyə edildi

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı,10 ədəd qoruyucu açar və 15 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər