Hadisə
14-07-2023, 17:24
6 628
Goranboyda vətəndaşlardan qanunsuz ov silahları götürüldü
Goranboyda qanunsuz ov silahları müsadirə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində 4 sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.
Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.