Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürdü
15-07-2023, 10:47
885

Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürdü

Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə rayonun Girdəni kəndində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq ovlayarkən əlindəki qırmaq yüksəkgərginlikli elektrik xəttinə toxunub.
Bu zaman onu cərəyan vurub və hadisə yerində ölüb. Kənd sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarılması üçün istifadə olunan su kanalında həvəskar balıqçılar ov edirlər. Kanalın yaxınlığından isə yüksəkgərginlikli elektrik xətti keçir.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər