Bakıda evlərdən 7 min manatlıq oğurluq edildi
17-12-2020, 13:55
197

Bakıda evlərdən 7 min manatlıq oğurluq edildi

Bakıda oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mənzildən ümumilikdə 2010 manat pul, 5350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Oxşar xəbərlər