Hadisə
17-07-2023, 11:36
1 017
Qubada evləri və yolları su BASDI
Bu gecə Qubanın Qonaqkənd qəsəbəsini su basıb.
Cimiçayın daşması nəticəsində Qonaqkənddə yolları və evləri su basıb. Quba 11 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin rəisi Hikmət Seyidov Bizim.media-ya məlumat verib ki, hazırda yol idarəsinin texnikası və canlı qüvvəsi su basan yolların təmizlənməsi və daşların yoldan yığılması işlərini aparır.
Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov Qonaqkənd qəsəbəsində 2 evin həyətini suyun basdığını təsdiqləyib.
Hazırda fəsadların aradan qaldırılması işlərinə başlanılıb.