İmişlidə avtomobil Araz çayına aşıb, sürücü ölüb
19-07-2023, 13:05
8 050

İmişlidə avtomobil Araz çayına aşıb, sürücü ölüb

İmişlidə Araz çayına aşan avtomobildə 82 yaşlı sürücü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.
Cəbrayıl sakini, 1941-ci il təvəllüdlü Vəli Şahverdiyev idarə etdiyi VAZ-2106 markalı avtomobil Araz çayına aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər