Bakıda "Range Rover"dən oğurluq edildi
20-07-2023, 12:03
2 488

Bakıda "Range Rover"dən oğurluq edildi

Bakıda maşınlardan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Lökbatan qəsəbəsi ərazisində “Range Rover” markalı bir avtomobildən mobil telefon, “VAZ-21015” markalı bir avtomobildən 300 ABŞ dolları, “VAZ-2104 markalı digər avtomobildən isə 400 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 32 yaşlı Mübariz Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər