Bakıda evdən meyit TAPILDI: Pakistan vətəndaşının müəmmalı ölümü
21-07-2023, 13:46
6 843

Bakıda evdən meyit TAPILDI: Pakistan vətəndaşının müəmmalı ölümü

Bakıda Pakistan vətəndaşının meyiti tapılıb.
Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində evlərdən birində naməlum kişi meyitinin tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Pakistan vətəndaşı 51 yaşlı Naveed Akhtar Sadiq Ali oğlu olması müəyyən edilib. Ölümün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırılma aparılır.

Oxşar xəbərlər